Macarıstan bir neçə həftə əvvəl razılaşdırılmış Avropa Sülh Fondundan Ermənistana 10 milyon avroluq yardım göstərilməsi layihəsinə veto qoyub.
Azadmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Belə ki qeyd olunur ki, Macarıstan qeyri-bərabərliyin aradan qaldırılması üçün Azərbaycanın da müzakirə edilən proqrama daxil olunmasını tələb edib.
Məlumata görə, Avropa Sülh Fondu tərəfindən Ermənistana 10 milyon avro məbləğində yardımın ayrılması haqqında ilkin sazişin sənədlərinə əsasən, bu maliyyə yardımı batalyon üçün nəzərdə tutulmuş bir tibb məntəqəsini əhatə edəcək və müvafiq xidmətlər göstərəcək modul tipli səhra düşərgəsinin yaradılmasını nəzərdə tutur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.