AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Prezidentlə xanımı Radev ailəsini belə qarşıladı - Fotolar

  • + A
  • - A
  • 8-05-2024, 17:56

    Prezidentlə xanımı Radev ailəsini belə qarşıladı - Fotolar


    Azərbaycana rəsmi səfərə gələn Bolqarıstan Prezidenti Rumen Radevin bu gün rəsmi qarşılanma mərasimi olub.

    Hər iki ölkənin Dövlət Bayraqlarının dalğalandığı meydanda Bolqarıstan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

    Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bolqarıstan Prezidenti Rumen Radevi və birinci xanım Desislava Radevanı qarşılayıblar.

    Fəxri qarovul dəstəsinin rəisi Bolqarıstan Prezidentinə raport verib.

    Bolqarıstan Respublikasının və Azərbaycan Respublikasının Dövlət Himnləri səsləndirilib.

    Azərbaycan nümayəndə heyəti Bolqarıstan Prezidenti Rumen Radevə və birinci xanım Desislava Radevaya, Bolqarıstan nümayəndə heyəti isə Azərbaycan Prezidenti İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təqdim olunub.

    Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Bolqarıstan Prezidenti Rumen Radevin qarşısından keçib.

    Dövlət başçıları rəsmi foto çəkdiriblər.











    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR