Türkiyə İraqın şimalında müntəzəm əməliyyatlara başlayıb.
Azadmedia.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.
Bildirilib ki, son həftələrdə İraqın şimalında öldürülən terrorçuların sayında artım var:
Belə ki, “Biz bildirmişdik ki, bu yay İraqın şimalında “kilid” qapanacaq. Buna görə də sürətli və mütəmadi əməliyyatlarla terrorla mübarizəni davam etdiririk. Hazırda mübarizəmiz davam edir. Artıq “sürətləndirilmiş əməliyyatlar” mərhələsinə başlamışıq”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.