Yeni Azərbaycan Partiyası (YAP) hazırda parlament seçkilərinə hazırlıqla bağlı lazım olan bütün tədbirləri həyata keçirir.
"Report"un xəbərinə görə, bunu YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, parlament seçkilərinin vaxtı ilə bağlı hələ son qərar yoxdur.
"Buna baxmayaraq, YAP bütün seçkilərə yalnız seçki ərəfəsində yox, seçkilərarası müddətdə də hazırlıq işləri aparır", - T.Budaqov bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.