Qazaxıstan və Niderland arasında aqrar-sənaye kompleksi, səhiyyə, ekologiya, nəqliyyat və logistika sahələrində ikitərəfli əlaqələrin inkişafına yönəlmiş doqquz kommersiya sazişi imzalanıb.
Azadmedia.az Kazinform informasiya agentliyinə istinadla xəbər verir ki, imzalanma mərasimi Niderlandın Qazaxıstandakı səfirliyi və “KAZAKH INVEST” kompaniyasının dəstəyi ilə Astanada baş tutub.
Belə ki, “VISCON” şirkəti və Qazaxıstanın Kənd Təsərrüfatı Nazirliyi süni intellektlə dəstəklənən əkin ehtiyatının avtomatlaşdırılmış istehsalı mərkəzinin inkişafı üzrə qarşılıqlı anlaşma memorandumu imzalayıb. Bu anlaşma kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını və keyfiyyətini yüksəltmək, ərzaq təhlükəsizliyini təmin etmək məqsədi daşıyır. 2024-2026-cı illərdə bir il üçün 12 milyon bitki yetişdirmək nəzərdə tutulub. Bundan başqa, nazirlik və “Royal GD” təşkilatı arasında ölkədə baytarlıq sisteminin təkmilləşdirilməsi ilə bağlı sənəd imzalanıb.
Həmçinin Qazaxıstan Səhiyyə Nazirliyi və “Royal Philips” şirkəti isə tibbi cihazların istehsalı üzrə əməkdaşlıq memorandumu imzalayıb. Şirkət Qazaxıstanda Philips portativ ultrasəs diaqnostika aparatının istehsalını lokallaşdırmağı planlaşdırır. Tərəflər, həmçinin Qızılorda vilayətində karbon kreditləri və balıqçılığın inkişafı ilə bağlı memorandum imzalayıblar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.