Ukrayna Prezidenti Volodimir Zelenski bir sıra Rusiya şirkətlərinə, o cümlədən İT sektoruna qarşı sanksiyaların 10 il müddətinə uzadılması ilə bağlı sənəd imzalayıb.
Azadmedia.az TASS-a istinadən xəbər verir ki, bu barədə müvafiq sənəd Ukrayna dövlət başçısının saytında dərc olunub.
Belə ki, xüsusilə, “Kaspersky Lab” antivirus proqram təminatının tərtibatçısına qarşı sanksiyalar uzadılıb.
Həmçinin sanksiya siyahısına “Galaxy Center”, “Corus Consulting”, “Parus Corporation”, “Megasoft” və “Doctor Web” və s. şirkətlər də daxildir.
Qeyd edək ki, , “Webmoney.ru”, “Paymaster” və “Yumani” ödəniş sistemlərinə qarşı da sanksiyalar genişləndirlib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.