"Kaspersky Lab" olduqca acınacaqlı görünən nəticələri yayımladı.
Xüsusilə "Telegram" kanallarında paylaşılan və bir çox saytda yayımlanan "WhatsApp+, FMWhatsApp" kimi tətbiqlərin "Trojan-Spy.AndroidOS.Agent.afq" adlı troyanı əhəmiyyətli səviyyədə yaydığı görülür.
Bu troyanla 340.000-dən çox hücumu aşkarlayan "Kaspersky Lab" yoluxmuş cihazlardan kontakt siyahısı, hesablar üzrə icazə məlumatları, cihazla bağlı bütün detallar, sənədlər, hətta mikrofona və.s çıxış əldə edilməsinin mümkün olduğunu bildirir.
Azadmedia.az Çəpəki teleqram kanalına istinadla xəbər verir ki, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq bu qeyri-leqal tətbiqlərin ən çox yayıldığı ölkələr siyahısına yüksək fərqlə Azərbaycan və sonrakı yerlərdə ərəb ölkələri başçılıq edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.