AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şabranda dəhşətli yanğın: İki uşaq xəstəxanaya yerləşdirildi - YENİLƏNİB

  • + A
  • - A
  • 25-01-2021, 18:13



    Fövqəladə Hallar Nazirliyi Şabranda baş verən güclü yanğınla bağlı məlumat yayıb.

    Bildirilib ki, bu gün saat 12:17 dəqiqədə Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Şabran şəhərində fərdi evdə yanğın olması və içəridə azyaşlı uşaqların qalması barədə həyəcanlı zəng daxil olub.

    Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri qeyd olunan ünvana cəlb olunub.

    Hadisənin təsadüfi şahidlərindən olan və həmin vaxt xidmətdə olmayan (növbədən sonra istirahət vaxtı) Şabran Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşı çavuş Əhmədov Xəlil Cabir oğlu yanğın bölmələrinin gəlməsini gözləməyərək, yanan evə daxil olub və ölüm təhlükəsi ilə üzləşən 2014-cü il təvəllüdlü Niyazova Təranə Zaur qızını müxtəlif yanıq xəsarətləri ilə və 2015-ci il təvəllüdlü Niyazov Araz Zaur oğlunu tüstüdən zəhərlənmiş halda təhlükəsiz əraziyə çıxarmağa müvəffəq olub. Xilas olunan azyaşlılar vətəndaşlar tərəfindən Şabran Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

    Yanğın nəticəsində ümumi sahəsi 180 m² (hər mərtəbəsi 90 m²) olan ikimərtəbəli 4 otaq və 2 aynabənddən (taxta konstruksiyalı) ibarət evin yanar konstruksiyaları 55 m² sahədə yanıb.

    Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

    Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

    15:06

    Şabran rayonunda fərdi yaşayış evi yanıb.

    “Report”un verdiyi məlumata görə, hadisə şəhərin Nizami küçəsində Zaur Niyazova məxsus evdə qeydə alınıb.

    Yanğın nəticəsində ev sahibinin övladları - 2014-cü il təvəllüdlü Araz Zaur oğlu Niyazov və 2015-ci il təvəllüdlü Təranə Zaur qızı Niyazova yuxarı tənəffüs yollarının ağır yanığı diaqnozu ilə Şabran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər uşaqların vəziyyətini ağır olaraq qiymətləndirir.

    Alov Fövqəladə Hallar Nazirliyinin Şabran rayon yanğından mühafizə hissəsinin yanğınsöndürmə briqadaları tərəfindən söndürülüb.

    Faktla bağlı araşdırma aparılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR