DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Azadmedia.az-a verilən məlumata görə, iyul ayının 4-də Kürdəmir Rayon Polis Şöbəsinə rayon ərazisində yerləşən fərdi yaşayış evlərinin birindən 3800 manat, 700 ABŞ dolları, altı ədəd xalça, 3 ədəd televizor və digər məişət əşyalarının oğurlanması barədə müraciət daxil olub.
Daxil olmuş müraciət əsasında polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış və istintaq tədbirləri ilə cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakinləri Şahin Şıxaliyev və Raqif Qədirov saxlanılıblar.
Dindirilmə zamanı hər iki şəxs törətdikləri oğurluq hadisəsini etiraf edib.
Faktla bağlı Kürdəmir RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.