AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Fərdi yaşayış evindən oğurluq edənlər saxlandı

  • + A
  • - A
  • 12-07-2021, 11:18

    Fərdi yaşayış evindən oğurluq edənlər saxlandı

    DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Azadmedia.az-a verilən məlumata görə, Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yerləşən fərdi yaşayış evlərinin birindən iki ədəd noutbuk, bir ədəd mobil telefon və bir ədəd dəmir seyf oğurlamaqda şübhəli bilinən iki nəfər şəxs saxlanılıb.
    Araşdırmalarla onların rayon sakini Fərid Musayev və onun tanışı, rayonun Mollakənd kənd sakini Xəyal Heydərov olduğu müəyyən edilib.
    Dindirilmə zamanı həmin şəxslər törətdikləri oğurluq hadisəsini etiraf edərək, qanunsuz yolla əldə etdikləri əşya və avadanlıqları dəyərindən ucuz qiymətə satdıqlarını bildiriblər.
    Faktla bağlı Kürdəmir RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, həmin şəxslərin analoji hadisələrdə iştirak edib-etməmələri araşdırılır.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR