AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sutka ərzində baş verən cinayət və hadisələr

  • + A
  • - A
  • 18-08-2022, 13:23

    Sutka ərzində baş verən cinayət və hadisələr

    - Avqustun 17-də ölkə ərazisində qeydə alınan 64 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
    - Axtarışda olduğuna görə ümumilikdə 58, o cümlədən borclu şəxs qismində axtarışda olan 35 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
    - Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.
    - Narkotiklərlə əlaqəli 32, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilib.
    - Cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb.
    **

    Həyətində çətənə bitkisi yetişdirən Yevlax rayon sakini saxlanılıb

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində aqrotexniki qaydada qulluq göstərməklə narkotik tərkibli çətənə bitkiləri yetişdirən şəxs saxlanılıb. Araşdırmalarla onun rayon sakini Anar Abbasov olduğu müəyyən edilib.

    Şöbə əməkdaşları tərəfindən həmin şəxsin yaşadığı ünvana keçirilən baxış zamanı fərdi yaşayış evinin həyətindən kultivasiya yolu ilə yetişdirilmiş hündürlüyü 3 metrədək olan 13 ədəd çətənə bitkisi, eləcə də 450 qram qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

    Faktla bağlı Yevlax RPŞ-də araşdırmalar davam etdirilir.
    **

    Xaricdən ölkəmizə gətirilən 19 kiloqramdan artıq narkotik aşkarlanıb

    Polis əməkdaşlarının keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində ölkə ərazisinə xaricdən külli miqdarda müxtəlif növ narkotik vasitə və psixotrop maddənin gətirilərək realizə olunmasının qarşısı alınıb.

    ***

    DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri ilə Xeyirxah Kurabbaslı Səmədabad kəndi ərazisində saxlanılıb. Həmin şəxsdən dövlət sərhədini qanunsuz olaraq keçməklə ölkəmizə gətirdiyi 19 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə, o cümlədən, ayrı-ayrı bükümlərdə 5 kiloqram 295 qram heroin, 1 kiloqram 360 qram metamfetamin, 4 kiloqram 560 qam tiryək, 6 kiloqrama yaxın həşiş qətranı və 2 kiloqramdan artıq marixuana aşkarlanaraq götürülüb.
    Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
    **
    Avqustun 18-də Səbail RPİ 9-cu Polis Bölməsinə Neftçilər prospektində yerləşən kafelərin birində bir nəfərin paytaxt sakini E.Bayramova məxsus içərisində 1000 manat olan pulqabısını soyğunçuluq yolu ilə talaması barədə məlumat daxil olub.
    Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən Hacıqabul rayon sakini, əvvəllər məhkum olunmuş A.Məmmədov saxlanılıb.
    Səbail RPİ tərəfindən araşdırma aparılır.

    ***
    Avqustun 17-də saat 8 radələrində Xocalı rayonunun Çanaqçı kəndi ərazisində Bakı şəhər sakini Bəhruz Zeynalov idarə etdiyi “Mercedes” avtomobili aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb.
    Xocalı RPŞ-də araşdırma aparılır.

    ***
    Bakı şəhər Baş Polis İdarəsi və Suraxanı RPİ 33-cü Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 3600 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən paytaxt sakini C.Eyvazov saxlanılıb.

    ***
    Bakı şəhər Baş Polis İdarəsi və Xəzər RPİ 2-ci Polis şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bir qadına məxsus “KİA” markalı avtomobili qaçırmaqda şübhəli bilinən İ.Əliyev avqustun 17-də Buzovna qəsəbəsi ərazisində avtomobillə birgə saxlanılıb.

    ***
    Sumqayıt ŞPİ 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif vaxtlarda ayrı-ayrı vətəndaşlara məxsus 1 yardımçı təsərrüfatdan, 2 evdən, 3 avtomobildən və 1 çay evindən velosiped, samovar, generator, akkumulyator, televizor və antena oğurlamaqda şübhəli bilinən şəhər sakini N.Mehdiyev saxlanılıb.

    ***
    Göyçay RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Potu kəndi ərazisindəki əkin sahələrinin birindən 2000 manat dəyərində su çəni oğurlamaqda şübhəli bilinən Göyçay şəhər sakini N.Mehdiyev saxlanılıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR