AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sutka ərzində baş verən cinayət və hadisələr

  • + A
  • - A
  • 22-01-2022, 11:36

    Sutka ərzində baş verən cinayət və hadisələr

    Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 59 cinayətin üstü “isti izlər”lə açılmışdır.
    - Əvvəlki dövrlərdən bağlı qalmış 4 cinayətin açılması təmin olunmuşdur.
    - Axtarışda olduğuna görə ümumilikdə 60 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 48 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
    - Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüş, 1 nəfər xəsarət almışdır.
    - Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 35 qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 17 fakt müəyyən edilmişdir.
    - Cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılmışdır.
    **

    Qanunsuz saxlanılan silah-sursatla bağlı əməliyyat tədbirləri davam etdirilir
    Polis əməkdaşlarının əldə edilən məlumatlar əsasında keçiridikləri əməliyyat tədbirləri nəticəsində yanvarın 21-də respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 16 ədəd ov tüfəngi götürülüb.
    Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.
    **

    Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıb

    Yanvarın 21-də polis əməkdaşları tərəfindən respublika ərazisində 11 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb. Polis əməkdaşları "COVİD-19" virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evləri tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evlərə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.
    **

    Yanvarın 21-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 117 toy şənliyinin monitorinqini həyata keçirib.
    Monitorinq 115 şadlıq sarayında, 2 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
    Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:
    - 3 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;
    - 1 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə inzibati qaydada həbs edilib;
    - 32 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.
    **

    Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının daxil olmuş məlumatlar əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gəncə şəhəri ərazisində saxlanılan şəhər sakini İ.Əliyevdən 430 qram marixuana və heroin, İmişli rayonu ərazisində saxlanılan Muradxanlı kənd sakini T.Rəşidovdan isə 330 qram marixuana aşkar edilərək götürülmüşdür.
    **

    DİN NBPİ-nin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yanvarın 21-də Tərtər rayonunun Köçərli dəmir yolu stansiyası ərazisindən istifadəyə yararsız 6 ədəd rels altlığını, 15 ədəd kastil, 9 ədəd rels boltu və 3 ədəd nişan lövhəsini oğurlamaqda şübhəli bilinən Köçərli kənd sakinləri C.Hacıyev və əvvəllər məhkum olunmuş X.Hacızadə saxlanılmışlar.
    **

    Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinə yanvarın 20-də Hövsan qəsəbəsindəki evlərdən birinin zirzəmisindən 2000 manat dəyərində 3 ədəd samovarın oğurlanması barədə məlumat daxil olmuşdur.
    Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini S.Vəlizadə qısa müddətdə müəyyən edilərək saxlanılmışdır.
    Ətrafında aparılan tədbirlərlə onun daha bir evdən 1500 manat dəyərində məişət əşyaları, bir həyətyanı sahədən isə 1400 manat dəyərində təmir-tikinti alətləri oğurlaması da müəyyən edilmişdir.
    Araşdırma aparılır.
    **

    Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Ulacalı kənd sakini, əvvəllər məhkum olunmuş N.Alışovun yaşadığı evə baxış zamanı oradan marixuana və qanunsuz saxladığı “Tula” markalı ov tüfəngi aşkar edilərək götürülmüşdür.
    Göyçay Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində isə Qaraman kənd sakini, əvvəllər məhkum olunmuş V.Osmanovdan marixuana, qanunsuz saxladığı “TOZ-16” markalı ov tüfəngi və 3 ədəd patron aşkar edilərək götürülmüşdür.
    **

    Göyçay Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Bığır kənd sakini, əvvəllər məhkum olunmuş A.Cəlilov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 9 qramdan artıq marixuana aşkar edilmişdir. Davam etdirilən tədbirlərlə onun yaşadığı evə baxış zamanı oradan əlavə 269 qrama yaxın marixuana, zirzəmisindən kultivasiya yolu ilə yetişdirilmiş 16 ədəd çətənə bitkisi və 63 ədəd çətənə ştili götürülmüşdür.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR