Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tikintidə təhlükəsizliyin təmin olunması istiqamətində üzərinə düşən vəzifələrinin icrasını davam etdirir.
Belə ki, Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi, 28-30-cu kilometr ünvanında “Caspian Survey and Vetting Services Ltd” MMC tərəfindən müvafiq icazəverici sənədlər olmadan 1000 kvadratmetr sahədə qeyri-yaşayış obyektinin tikintisinin aparılması faktı aşkar edilib.
Göstərilən məsələ ilə əlaqədar FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikinti işləri dayandırılıb və obyekt nəzarətə götürülüb.