AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

FIFA U-20 dünya çempionatının keçiriləcəyi tarix açıqlanıb

  • + A
  • - A
  • Bu gün, 21:24

    FIFA U-20 dünya çempionatının keçiriləcəyi tarix açıqlanıb

    Bu gün FIFA Şurası Bürosunun iclası keçirilib.

    AFFA-nın məlumatına görə, iclasda Azərbaycan və Özbəkistanın birgə ev sahibliyi edəcəyi FIFA U-20 dünya çempionatının tarixləri rəsmən təsdiqlənib.

    Yarış 2027-ci il sentyabrın 17-dən oktyabrın 9-dək keçiriləcək. Turnirdə 24 milli komanda mübarizə aparacaq.

    Qeyd edək ki, FIFA U-20 dünya çempionatı 2027-nin rəsmi brendi oktyabrın 16-da təqdim olunub. Gənc futbolçuları və azarkeşləri hədəfləyən “Bu oyun sənlikdir” şüarı yeni nəsil futbol ulduzlarını tarix yazmağa səsləyir.

    Turnirin rəsmi brendi Bakının simvollarından olan Qız Qalasında və Bakı Olimpiya Stadionunda xüsusi proyeksiya vasitəsilə nümayiş etdirilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR