AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Topaz Premyer Liqasında yeni mövsümün püşkü atılacaq

  • + A
  • - A
  • 5-08-2019, 09:27

    Topaz Premyer Liqasında yeni mövsümün püşkü atılacaq

    Bu gün Topaz Premyer Liqasında 2019/20 mövsümünün püşkü atılacaq.

    APA-nın məlumatına görə, yarışın təşkilatçısı Peşəkar Futbol Liqasının təşkil edəcəyi mərasim AFFA-nın inzibati binasında baş tutacaq.

    Saat 15:00-da start götürəcək püşkatmada 8 komanda iştirak edəcək. Püşk zamanı sayca 28-ci ölkə çempionatının ilk turunun cütləri bəlli olacaq. Tam təqvim isə sonrakı günlərdə dəqiqləşəcək. Mövsümə avqustun 16-da start veriləcək. İlk tur 16-18-də baş tutacaq.

    Ardıcıl 4-cü dəfə çempionat eyni formatda keçiriləcək. 8 klub dairəvi sistemlə dörd dövrədə mübarizə aparacaq. Son iki mövsümdə yarışa bir debütant – müvafiq olaraq “Səbail” və “Sabah” qatılmışdısa, bu dəfə iştirakçıların sayı kimi tərkibi də dəyişməz qalıb.

    Çempionatın mükafatları uğrunda “Qarabağ” (Ağdam), “Neftçi” (Bakı), “Səbail” (Bakı), “Qəbələ”, “Zirə” (Bakı), “Sumqayıt”, “Sabah” (Bakı) və “Keşlə” (Bakı) klubları mübarizə aparacaq.

    Qeyd edək ki, ilk turun cütləri müəyyənləşərkən avrokuboklarda mübarizəni davam etdirən “Qarabağ”la “Neftçi”nin oyunlarının başqa vaxta keçirilməsi istisna deyil.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR