AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Kiprdə Azərbaycana qarşı növbəti təxribat – “Qarabağ”ın oyununda erməni bayrağı

  • + A
  • - A
  • 7-08-2019, 09:44

    Kiprdə Azərbaycana qarşı növbəti təxribat – “Qarabağ”ın oyununda erməni bayrağı

    UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin Kiprin paytaxtı Nikosiyada keçirilən APOEL – “Qarabağ” oyununda təxribata əl atılıb.

    Oxu.Az-ın xəbərinə görə, oyunun keçirildiyi QSP arenasında meydanın “Qarabağ”a aid olan hissəsinə yaxın yerdə Yunanıstan bayrağı ilə yanaşı Ermənistan bayrağı da asılıb.

    Hazırda Kiprdə olan “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov Oxu.Az-a açıqlamasında belə deyib: “O bayraqdan xəbərimiz var. Biz daha əvvəl də bu barədə UEFA nümayəndələri ilə danışmışıq. Əgər qondarma Dağlıq Qarabağ bayrağı olsaydı, onu deyib yığışdırmaq olardı. Amma Ermənistan müstəqil dövlət olduğu üçün təəssüf ki, buna qarışmaq imkanımız yoxdur”.

    Qeyd edək ki, daha əvvəllər də Azərbaycan klubları bu ölkədə oynayarkən Kipr yunanları və ermənilərin təxribatı ilə üzləşib. Belə ki, “Neftçi”nin APOEL və “Qəbələ”nin “Apollon”la görüşlərində Azərbaycan bayrağı yandırılıb, qondarma Dağlıq Qarabağın bayrağı yüksəldilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR