AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Qarabağ” növbəti ev oyununu da Türkiyədə keçirəcək

  • + A
  • - A
  • 14-11-2020, 16:27

    “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsinin IV turunda Türkiyə “Sivasspor”una qarşı keçirəcəyi ev matçının məkanı müəyyənləşib.

    UEFA-nın rəsmi saytı xəbər verir ki, noyabrın 26-dakı qarşılaşma Türkiyənin İstanbul şəhərindəki “Başakşehir Fatih Terim” stadionunda təşkil olunacaq.

    “Qarabağ” daha əvvəl “Sivasspor”la matçın Bakıda keçirilməsi üçün Avropa futbol qurumuna müraciət edib.

    Ağdam təmsilçisi II turda İspaniya “Vilyarreal”ına eyni arenada 1:3 hesabı ilə uduzub. Ölkə çempionu Azərbaycandakı hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirir.
    Qeyd edək ki, “Qarabağ” – “Sivasspor” matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.

    Bizimlə


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR