AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Lüksemburqda millimiz üçün xüsusi polis patrulu yerləşdirildi

  • + A
  • - A
  • 16-11-2020, 21:38


    Azərbaycan yığmasının UEFA Millətlər Liqasının VI turunda Lüksemburqla qarşılaşacağı "Jozi Bartel" stadionunda və onun ərazisində təhlükəsizlik tədbirləri gücləndirilib.

    AzadMedia.az xəbər verir ki, Canni De Byazinin baş məşqçi olduğu komanda gecə-gündüz müşayiət olunur.

    Komandanın qaldığı otelin qarşısında daimi polis patrulu yerləşdirilib. Yerli federasiya dronlardan istifadənin qadağan edilməsi üçün Nəqliyyat Nazirliyinə müraciət edib.

    Nazirlik stadion yaxınlığında vəziyyətin izləniləcəyini bildirib.

    Qeyd edək ki, 2018/2019 mövsümündə UEFA Avropa Liqasının qrup mərhələsinin "Düdelanj" - "Qarabağ" oyununda (1:4) ermənilər tərəfindən təxribat törədilmişdi. Matçın birinci hissəsində Ağdam klubunun 30-cu dəqiqədə vurduğu ikinci qoldan sonra stadionun üzərinə dronla separatçı rejimin bayrağı gətirilmişdi.

    Noyabrın 17-də keçiriləcək Lüksemburq - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 23:45-də başlayacaq (report).


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR