AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

FIFA Ukrayna yığmasının istəyini rədd etdi

  • + A
  • - A
  • 6-04-2021, 00:56


    FIFA İngiltərə "Vulverhempton"unun futbolçusu Maks Kilmanın Ukrayna yığmasında oynamasına razılıq verməyib.

    Bu barədə Ukrayna Futbol Federasiyasının sorğusuna cavabda bildirilir. Səbəb kimi 24 yaşlı müdafiəçinin əvvəllər İngiltərənin futzal millisinin heyətində 8 rəsmi matça çıxması göstərilib. Bu isə istedadlı futbolçunun artıq İngiltərə futbol vətəndaşlığını təmin etməsi anlamına gəlir.

    Kilman 23 may 1997-ci ildə Londonda rus-ukraynalı ailəsində doğulub. Onun atası Aleks əslən moskvalı, anası Mariya isə kiyevlidir.

    Qeyd edək ki, bu mövsüm Maks Kilman "Vulverhempton"un heyətində 17 oyunda 2 məhsuldar ötürmə ilə yadda qalıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR