AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Qarabağ Azərbaycandır!” futbol turniri start götürdü

  • + A
  • - A
  • 11-06-2021, 20:00

    “Qarabağ Azərbaycandır!” futbol turniri start götürdü

    Azərbaycan İdman Jurnalistləri Federasiyasının (AİJF) Ordumuzun Vətən müharibəsində qazandığı qələbəyə həsr olunmuş "Qarabağ Azərbaycandır!" futbol turnirinin açılış mərasimi keçirilib.

    AzadMedia.az-ın məlumatına görə, Gənclər və İdman Nazirliyi, AFFA və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) dəstəyi ilə idman jurnalistləri arasında təşkil olunmuş tədbir akademiyanın stadionunda gerçəkləşib.

    Mərasimdə gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, ADBTİA-nın rektoru Fuad Hacıyev, AFFA İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov, digər futbol veteranları iştirak ediblər.

    Komanda iştirakçıları könüllülərin müşayiəti ilə təqdim olunduqdan sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ardınca isə Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Daha sonra yarış açıq elan olunub və ilk turun görüşləri keçirilib.

    "Qarabağ Azərbaycandır" turniri

    I tur

    A qrupu

    11 iyun (cümə)

    "Cəbrayıl" - "Qubadlı" - 1:7

    "Laçın" - "Füzuli" - 0:7

    B qrupu

    "Zəngilan" - "Kəlbəcər" - 11:2

    "Ağdam" - "Şuşa" - 3:0

    Qeyd edək ki, növbəti iki turun oyunları iyunun 13-də və iyunun 15-də, yarımfinallar iyunun 19-da, həlledici oyunlar isə 26 İyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri Günündə olacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR