AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Bavariya" klubu öz rekordunu yeniləyib

  • + A
  • - A
  • 16-01-2022, 17:00

    "Bavariya" klubu öz rekordunu yeniləyib

    "Bavariya" futbol üzrə Almaniya Bundesliqasındakı rekordunu yeniləyib.

    AzadMedia.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Münhen təmsilçisi buna "Köln"ü 4:0 hesabı ilə darmadağın etdiyi XIX tur matçında nail olub.

    Yulian Nagelsmanın baş məşqçi olduğu komanda ardıcıl 66 çempionat oyununda qol vurmaqla özünəməxsus olan göstəricini yaxşılaşdırıb. "Bavariya" daha əvvəl 2012 - 2014-cü illərdə Bundesliqada ardıcıl 65 qarşılaşmada fərqlənib.

    Qeyd edək ki, münhenlilər 2020-ci ilin fevralında başlayan 66 oyunluq seriyada ümumilikdə 202 qol vurub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR