AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“MİNGƏÇEVİR REQATASI – 2023” BEYNƏLXALQ FEDERASİYANIN TƏQVİM PLANINDA

  • + A
  • - A
  • 7-10-2023, 08:58

    “MİNGƏÇEVİR REQATASI – 2023” BEYNƏLXALQ FEDERASİYANIN TƏQVİM PLANINDA


    “Mingəçevir Reqatası-2023” Avropa Kanoe Assosiasiyasının təqvim planında yer alıb. Qurumun rəsmi internet səhifəsində yarışla bağlı məlumat paylaşılıb. Azadmedia.az xəbər verir ki, dərc olunan yazıda bildirilir:

    “Gənclər və İdman Nazirliyi və Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının təşkilatçılığı ilə 25-27 oktyabr 2023-cü il tarixlərində Azərbaycanda Beynəlxalq “Mingəçevir Reqatası - 2023” keçiriləcək. Yarışlar avarçəkmə və kanoe idman növlərini ölkədə inkişaf etdirmək məqsədi ilə təşkil olunur. Məqsəd insanların sağlamlığını möhkəmləndirmək, avarçəkmə və kanoe idman növlərini əhali arasında populyarlaşdırmaq, idmançıların ustalıq səviyyəsini yüksəltməyə çalışmaqdır. Bunu nəzərə alaraq, Gənclər və İdman Nazirliyi və Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası idmançıların və məşqçilərin yarış günlərində qonaqlama, yemək, akkreditasiya haqları və transfer xərclərini ödəyəcək. Səyahət xərcləri komandalar tərəfindən qarşılanır.”

    Xatırladaq ki, ilk dəfə ötən il “Mingəçevir Reqatası-2022” və cari il “Prezident Kuboku-2023” beynəlxalq reqataları Avropa Canoe Assosiasiyasının rəsmi təqvim planına daxil edilib.

    QEYD: Xəbərin yer aldığı Avropa Kanoe Assosiasiyasının rəsmi internet səhifəsinə daxil olmaq üçün aşağıdakı keçiddən istifadə edə bilərsiniz.

    https://www.canoe-europe.org/news/invitation-mingechevir-canoe-sprint-regatta-2023-2824


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR