Azərbaycan bu ilin yanvar-may aylarında Türkiyədən tekstil məhsullarının tədarükünü xeyli artırıb.
Türkiyədən Azərbaycana tekstil məhsullarının tədarükü ilin ilk 5 ayında 2024-cü ilin birinci yarısı ilə müqayisədə təxminən 16% artıb.
Bildirilir ki, may ayında Türkiyədən Azərbaycana 4 milyon dollardan artıq tekstil məhsulları göndərilib. Bu, ötən ilin göstəricilərini 22% üstələyir.
Ümumilikdə türkiyəli tekstil malları tədarükçüləri Azərbaycana 19 milyon dollarlıq məhsul göndərib.
Yanvar-may aylarında Türkiyədən toxuculuq məhsullarının ixracının ümumi dəyəri 4 milyard dollardan bir qədər çox olub ki, bu da bir il əvvəllə müqayisədə 2% çoxdur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.