“Oğuz Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən mətbəə mallarının satın alınması üçün elan edilən açıq tender ləğv edilib.
12 min 289,23 manat dəyərində olan satınalma müsabiqəsi 01 avqust 2025-ci il tarixində dərc edilmiş, 25 avqustda təkliflərin qəbulu və zərflərin açılışı planlaşdırılmışdı.
Lakin müsabiqədə iştirak üçün tələb olunan şərtlərə cavab verən təchizatçıların sayı üçdən az olduğu üçün (Satınalma Qanununun 36.1.1-ci maddəsinə əsasən) tender yetərsay olmadığına görə ləğv edilib.
Azadmedia.az xəbər verir ki, satınalmanı “Oğuz Rayon Mərkəzi Xəstəxanası” PHŞ həyata keçirirdi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.