İnformasiya və rabitə sektorunda orta maaş 12 % artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda informasiya və rabitə sektorunda orta aylıq nominal əməkhaqqı 1 872 manat təşkil edib.
Dövlət Statistika Komitəsi xəbər verir ki, bu göstərici dövlət sektorunda 1 604 manat, özəl sektorda isə 2 055 manat olub.
Ötən ilin eyni dövrü ilə müqayisədə sektorda orta aylıq nominal əməkhaqqı 12 %, o cümlədən dövlət sektorunda 8,9 %, özəl sektorda isə 13,4 % artıb.
Oktyabrın 1-nə sektorda muzdla çalışan işçilərin sayı 34,5 min nəfər olub ki, bu da bir il əvvəlki göstəricidən 1,2 % çoxdur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.