AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ASCO tankerləri ilə daşınmış “Tengiz” və “Kaşağan” neftinin həcmi açıqlanıb

  • + A
  • - A
  • 18-03-2026, 13:15

    ASCO tankerləri ilə daşınmış “Tengiz” və “Kaşağan” neftinin həcmi açıqlanıb

    Qazaxıstan neftinin Azərbaycan üzərindən reallaşdırılan tranziti layihəsi çərçivəsində indiyədək ümumi daşımaların 2 085 729.243 tonu AZCON Holding şirkətlərindən olan ASCO-nun tanker donanmasına məxsus gəmilərlə həyata keçirilib.

    Bu həcmin 1 962 983.243 tonu “Tengiz”, 122 746 tonu isə “Kaşağan” yatağından olan neftin payına düşür.

    Layihə çərçivəsində son daşımalardan biri 12 mart 2026-cı ildə ASCO-ya məxsus “Prezident Heydər Əliyev” tankeri tərəfindən yerinə yetirilib. Həmin gün tanker Aktau limanından 9 326 ton həcmində “Tengiz” yatağına aid xam nefti “Azərtrans” Səngəçal istiqamətində uğurla daşıyıb.

    Qeyd edək ki, “Tengiz” neftinin ilk partiyası 23 mart 2023-cü ildə, “Kaşağan” neftinin ilk partiyası isə 27 yanvar 2025-ci ildə Aktau limanından Bakıya çatdırılıb. Aktau limanından Səngəçal terminalına tədarük edilən Qazaxıstan nefti sonradan Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri vasitəsilə Ceyhan limanına nəql edilir, oradan dünya bazarlarına göndərilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR