AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Banklarda səhər tezdən dollar alveri: “Yoxdur, satılıb” – MÜŞAHİDƏ

  • + A
  • - A
  • 10-03-2020, 11:28

    Banklarda səhər tezdən dollar alveri: “Yoxdur, satılıb” – MÜŞAHİDƏ


    Neftin qiymətinin son günlər kəskin ucuzlaşması dollara da tələbatı artırıb.

    Hətta dolların kursunun dəyişəcəyi ilə bağlı fikirlər də dolaşır .

    Turkustan.info-nun əməkdaşı bu gün səhər saatlarında bir neçə banka gedərək vəziyyətlə maraqlanıb. Banklardakı real mənzərə dollara tələbatın çox olduğunu təsdiqləyib.

    Kapital Bankın Cəfər Cabbarlı filialına, Günay Bankın 2 saylı filialına və Muğan Bankın Zivərbəy Əhmədbəyov küçəsində yerləşən filialına baş çəkdik. Kapital Banka girən hər kəsə elə qapıdaca “Dollar istəyirsizsə, qurtarıb” deyilirdi:

    “Dollar istəyirsizsə, yoxdur. Ola bilər ki, günortadan sonra gələcək. Çox güman ki, dolların kursu dəyişəcək. Hələlik 20 min dollara qədər satışa icazə verilib. Hər halda Mərkəzi Bank yeni kurs müəyyən edərsə, günortadan sonra açıqlanacaq. Səhərdən hamı dollar istəyir”.

    Banklarda səhər tezdən dollar alveri: “Yoxdur, satılıb” – MÜŞAHİDƏ


    Kapital Bankın sönmüş valyuta mübadiləsi lövhəsi də (nağd xarici valyutanın manata nisbətən alış və satış məzənnəsi üzrə məlumatları göstərən xüsusi elektron lövhə) dollar kursu barəsində “məlumatsız” idi.

    Günay Bankın əməkdaşı da satışda dollar olmadığını dedi: “Dolların hamısı səhər satılıb qurtarıb. Hələlik dolların kursu dəyişməyib. Dollar olsa da, günortadan sonra olacaq. Əgər Mərkəzi Bank tərəfindən yeni alış və satış kursu müəyyən olunarsa, elan ediləcək”.

    Muğan Bankda da eyni sözlərlə qarşılaşdıq: “Dollar qurtarıb. Günortadan sonra gəlməsini gözləyirik. Səhər tezdən hamı gəlib dollar alırdı. Dolların kursu hələlik dəyişməyib. Əgər günortadan sonra dəyişərsə, yeni kursla satılacaq”. /Cebhe.info/


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR