AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

1, 8 milyard hara getdi? - İslamiada sonrası dollar kəllə-çarxa çıxacaq

  • + A
  • - A
  • 4-05-2017, 10:37

    1, 8 milyard hara getdi? - İslamiada sonrası dollar kəllə-çarxa çıxacaq

















    2016-cı ilin yanvar-fevral aylarında Neft Fondu və Mərkəzi Bank birlikdə hərrac vasitəsilə 2 milyarddan 39 milyon çox dollar satıb

    Mərkəzi Banka köçürülən vəsaitin təxminən 300 milyon dollardan çoxu hissəsi onun valyuta ehtiyatlarına yönəldilib.
    Buna baxmayaraq təxminən 1,8 milyard dollar valyuta bazarında sabitliyin qorunmasına xərclənib.

    Üstəlik bir sıra sərt inzibati tədbir - pul kütləsinin sıxlaşdırılması, dövlət xətti ilə idxalın məhdudlaşdırılması, nağd əməliyyatların məhdudlaşdırılması, kapital axının minimuma endirilməsi tədbirləri manata dəstək verib.

    Bu qədər məhdudlaşdırıcı tədbirlərin fonunda bazara yönəldilən dollar kütləsinin həcmində ötən illə müqayisədə ciddi azalma baş verməyib. Daxili tələb və xarici öhdəliklər dollara tələbatın azalmasına imkan vermir.

    Hazırda valyuta bazarının yeganə donoru Neft Fondudur. Alternativ mənbələr isə yox dərəcəsindədir. Deməli, möcvud məhdudlaşdırmalar aradan qaldırılsa, bunların bir hissəsinin qaldırılması labüddür, dollara tələbat yenidən artacaq.

    Ulus.Az-ın İqtisadiyyat Şöbəsi xəbər verir ki, son günlər manatın dollara nisbətən möhkəmlənməsi ən çox müzakirə edilən məsələdir.

    Kapital Bank Dolların alış qiymətini 1.65 manatdan 1.66 manata qaldırdıqdan sonra digər banklara da ABŞ valyutasının cüzi də olsa bahalaşdığı müşahidə olunur.
    İslam Oyunlarından sonra dolların yenə qalxacağı proqnozlaşdırılır. Əksər bankların alış və satış kursu arasında fərq yenə də var.

    Fevral ayının əvvəllərində manat möhkəmlənməyə başlayanda manatın və ya dolların alış kursu ilə satış kursu arasında hər 100 dollarda təxminən 20 manat fərq var idi.

    Əslində, səbəblərdən biri məhz valyuta dəyişmə məntəqələrinin yoxluğu nəticəsində rəqabətin zəif olması idi.

    Qəribədir ki, hətta qeyri-leqal fəaliyyət göstərən “qara bazar”da valyutanın alış-satış kursu əksər banklara nisbətən daha münasibdir.

    Bu isə ondan xəbər verir ki, valyuta dəyişmə məntəqələrinin bərpası qeyri-leqal bazarda çalışanların fəaliyyətinin leqallaşdırılmasına imkan verəcək.

    Valyutadəyişmə məntəqələrinin yenidən fəaliyyəti imkan verəcək ki, insanlar asan, sərbəst şəkildə - şənbə, bazar, bayram günlərinə baxmadan gedib pullarını dəyişə bilsinlər.

    Bu baxımdan, əslində bir il öncə ləğvinə ehtiyac olmayan məntəqələrin daha tez fəaliyyətə başlamasına ehtiyac var idi.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR