AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Quru yük gəmisinə rotorlu yelkən sistemi quraşdırılıb

  • + A
  • - A
  • 19-05-2021, 15:18


    Çinin yeni inşa edilmiş “Sea Zhoushan” adlı quru yük gəmisinə rotorlu yelkən sistemi quraşdırılıb.

    Azadmedia.az “Seanews.az”-a istinadən xəbər verir ki, sistemin quraşdırılmasını Finlandiyanın “Norsepower” mühəndis şirkəti həyata keçirib.

    Rotorlu yelkənlər tullantıların ildə 3.4 min ton azalmasına kömək edəcək. Yelkənlərin qatlanmaq xüsusiyyətinə malik olması isə yükləmə və boşaltma prosesinə mane olmayacaq.

    Yeni mexanizmin silindrinin diametri 4, yelkənin hündürlüyü 24 metrdir.

    Layihə uğurla sınaqdan keçərsə, bu təcrübə şirkətin digər gəmilərində də həyata keçiriləcək.

    Qeyd edək ki, “Sea Zhoushan” Braziliyanın “Vale” mədən şirkəti tərəfindən kirayəyə götürülüb və filiz daşımaları üçün istismar ediləcək.

    Yaxın günlərdə “Sea Zhoushan” gəmisi Çindən Braziliyaya ilk səfərini edəcək


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR