AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Azəriqaz”ın baş direktoru bu görüntülərə aydınlıq gətirdi - Video

  • + A
  • - A
  • 23-06-2021, 09:40

    “Azəriqaz”ın baş direktoru bu görüntülərə aydınlıq gətirdi - Video


    “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev sosial şəbəkələrdə metal qəbulu məntəqələrinə təhvil verilən sayğaclarla bağlı görüntülərə münasibət bildirib.

    AzadMedia.az xəbər verir ki, o, bu barədə feysbuk hesabında yazıb.

    Qurum rəhbəri bildirib ki, paylaşılan videoda qeyri-adi heç nə yoxdur:

    “Həm əvvəlcədən ödənişli, həm də sonradan ödənişli sayğacların istismar müddəti 15-20 ildir. Qaz sayğacının mexaniki və elektron hissəsi var. İstismar olunduqca sayğacın mexaniki hissəsi sıradan çıxır və onlar metal qəbulu məntəqələrinə təhvil verilir. Məsələn, “Azəriqaz” İstehsalat Birliyinin 2 milyon 400 minə yaxın əhali abonenti var. Bu qədər abonentin istifadəsində olan qaz sayğaclarının dövlət yoxlanış prosesi aparılarkən (əhali abonentləri üzrə 5 ildən bir) heç də ölçü qurğularının hamısı yararlı çıxmır. İldə 150-200 min sayğac yararsız olduğu üçün metal qəbulu məntəqələrinə təhvil verilir. Bu normal bir haldır. Yəni bundan hansısa şou düzəltməyə ehtiyac yoxdur”, - deyə İstehsalat Birliyinin rəhbəri qeyd edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR