AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Suraxanı rayonu, Hövsan qəsəbəsində Bağça küçəsi təmir olunur

  • + A
  • - A
  • 25-06-2021, 18:08


    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən rahat gediş-gəlişin təmin olunması məqsədi ilə Hövsan qəsəbəsinin Bağça küçəsində təmir-tikinti işləri aparılır.
    Aparılan təmir işləri çərçivəsində 2700 metr uzunluğa malik küçə boyu yeni yol əsası inşa edilir. Yol əsası hazır olan hissələrə isə yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur.
    Təmir işləri aparılan ərazinin ümumi sahəsi 13500 kv.m təşkil edir.
    Qeyd edək ki, 2021-ci ilin İnvestisiya Proqramına uyğun olaraq Suraxanı rayonu üzrə 2 qəsəbə və 3 yaşayış massivi üzrə ümumi uzunluğu 18.5 km olan qəsəbədaxili küçələrin təmiri aparılır.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR