AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Yasamal rayonu General Həmidov küçəsi əsaslı təmir edilir

  • + A
  • - A
  • 24-06-2021, 16:55


    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən rahat gediş-gəlişin təmin olunması məqsədi ilə Yasamal rayonu General Həmidov küçəsində təmir-tikinti işləri aparılır.
    Aparılan təmir işləri çərçivəsində 340 metr uzunluğa malik küçə boyu köhnə asfalt-beton örtüyünün yenilənməsi ilə yanaşı, zəruri olan yerlərdə piyada səkilərinin bərpası, səkilərin hərəkət hissəsinin asfaltlanması, köhnə səki daşlarının yenisi ilə əvəz edilməsi icra olunur. Təmir işləri aparılan ərazinin ümumi sahəsi 4 min kv.m təşkil edir.
    Bu işlərə paralel olaraq küçə boyu səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi də bərpa olunaraq işlək vəziyyətə gətirilir, yeraltı kommunikasiya xətlərinə yeni baxış qapaqları qoyulur
    Qeyd edək ki, 2021-ci ilin İnvestisiya Proqramına uyğun olaraq Yasamal rayonu üzrə ümumi uzunluğu 4 km olan 11 küçə və yolda yenidənqurma işləri icra olunur.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR