AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ruslan Əliyev: "Qaz sayğacına görə vəsait istənilsə, texniki şərti tələb edin" (VİDEO)

  • + A
  • - A
  • 9-07-2021, 17:19


    "Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev 9 iyul 2021-ci il tarixində "Facebook” sosial şəbəkəsi ünvanından canlı yayım edərək bəzi məsələlərə toxunub.

    Azadmedia.az xəbər verir ki, ilkin olaraq baş direktor Mənzil Tikinti Kooperativlərinin (MTK) qazlaşdırılması zamanı quraşdırılan qaz sayğaclarının dəyəri və bundan sonra tətbiq olunacaq bəzi yeniliklər haqda məlumat verib. MTK-nın qaz sayğaclarını iyul ayının 1-dək ödənişli əsaslarla aldığını xatırladan R.Əliyev bundan sonra məsələnin fərqli formada tənzimlənəcəyini qeyd edib.

    Onun sözlərinə görə sonradan ödənişli (mexaniki-elektron) qaz sayğacları komplektinin dəyərinin 70-90 manat olmasına baxmayaraq, vətəndaşlardan MTK rəhbərləri böyük məbləğdə ödənişlər tələb edirdi:

    "İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin yeni inşa olunan çoxmərtəbəli binalarda iyul ayının 1-dən qaz sayğaclarının quraşdırılmasına dair müvafiq açıqlaması var. Vətəndaşlara müraciət edərək bildirilib ki, həmin tarixdən etibarən Mənzil Tikinti Kooperativlərinə quraşdıran sayğaclara görə heç bir ödəniş etməsinlər. MTK-lara "Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilən texniki şərtlərdə sakinlərin məişətdə istehlak etdikləri qaz sayğaclarının pulsuz quraşdırılacağı öz əksini tapacaq. Mənzil alan şəxsdən qaz sayğacına görə hansısa həcmdə vəsait istənilərsə, mütləq texniki şərti tələb edib, öz hüquqlarını müdafiə etsinlər”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR