Bu gün “Azəriqaz” İB-nin növbəti “Açıq mikrofon” aksiyası baş tutdu. “Səyyar qəbul otağı” Şamaxı rayonunun adına adekvat olan kəndində - Səfalı kəndində quruldu. İllərdi mavi yanacağın olmamasından əziyyət çəkən sakinlər öz şikayət və təkliflərini səsləndirdilər. Azadmedia.az xəbər verir ki, tədbirdə “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov və millət vəkili Tamam Cəfərova iştirak edərək sakinlərin problemini dinlədilər. Səmimi, sadə, xalqına, dövlətçiliyinə bağlı olan yerli sakinlərin probleminin həlli üçün yerində qərar verildi. Bir yerdə olaq, problemlərimiz olmasın!
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.