"Azəriqaz" İB-nin Bərdə rayonunun Güloğlular kəndində təşkil etdiyi "Açıq mikrofon" aksiyasına xeyli sayda vətəndaş qoşulub. Azadmedia.az xəbər verir ki, "Səyyar qəbul otağı"nın imkanlarından istifadə edən sakinlər mavi yanacağın olmamasından əziyyət çəkdiklərini bildiriblər. Aksiyada iştirak edən şəhid ailələri və qazilər Birliyin rəhbərliyinə müraciət edərək qış mövsümünədək qazlaşmanın reallaşdırılmasını xahiş ediblər. Qeyd edək ki, bu, sayca 11-ci "Açıq mikrofon" aksiyasıdır. İşlər bundan sonra da davam etdiriləcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.