AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Metropolitenin bir qrup mütəxəssisi İstanbulda işgüzar səfərdə olub

  • + A
  • - A
  • 20-10-2021, 23:22


    Qarşılıqlı əməkdaşlıq genişləndiriləcək

    “Bakı Metropoliteni” QSC-nin üç fərqli sahəsinin rəhbər və mütəxəssis heyətindən ibarət bir qrup əməkdaş Türkiyənin İstanbul metrosuna işgüzar səfər ediblər.
    Səfərin başlıca məqsədi İstanbul metropoliteninin lokomotiv və yol təsərrüfatları, qatarların hərəkətini təmin edən bir sıra sistemlərlə, habelə digər texnoloji proseslərlə yaxından tanış olmaq idi.
    Əvvəlcə qeyd olunmalıdır ki, cari ilin iyun ayında İstanbul metropoliteninin baş direktoru Özgür Soyun Bakı metropoliteninə işgüzar səfəri zamanı qarşılıqlı əməkdaşlıq, müxtəlif sahələr üzrə təcrübə mübadiləsi xüsusi müzakirə mövzusu olub.
    İstanbulda metropoliten rəhbərliyi tərəfindən səmimi qarşılanan nümayəndə heyətinə yerli metro xətləri, infrastrukturu, gələcək planları və layihələri barədə ətraflı məlumat təqdim edilib.
    Daha sonra İstanbul metropoliteninin müxtəlif xətləri və onların infrastrukturu ilə tanışlıq olub. Bakı metropolitençiləri M5 xəttində təhlükəsizlik sistemi, stansiya, tunel və yol sistemləri, qatar tərkibləri və müxtəlif sahələrdə iş prinsipləri ilə yaxından tanış olaraq, fikir və təcrübə mübadiləsi aparıblar. İki metropoliten arasında mövcud infrastruktur, yeniliklərin tətbiqi, təsərrüfata xidmət və qulluq kimi məsələlər xüsusi diqqət mərkəzində olub.
    M2 xəttində isə Bakı metropoliteninin nümayəndələri çoxşaxəli infrastrukturla yanaşı, dəmiryolu və inşaat məsələləri, o cümlədən elektronika sistemləri, depo şəraitində işarəvermə və rabitə sistemləri ilə tanış olaraq, müzakirələr aparıblar.
    Ümumən nümayəndə heyəti yüksək təəssürat, zəngin məlumatlar, faydalı olan təcrübə mübadiləsi və gələcəkdə əməkdaşlıq imkanlarının daha da genişləndirilməsi qənaəti ilə geri qayıdıb.
    Məlumdur ki, Bakı və İstanbul metropolitenləri bir sıra xüsusiyyətləri və infrastrukturu ilə bir-birindən fərqlənir. Bu səbəbdən qarşılıqlı əməkdaşlığın perspektivləri nəzərə alınaraq, əməkdaşlığın daha səmərəli genişləndirilməsi ətrafında müzakirələr aparılıb. Yaxın gələcəkdə fikir və təcrübə mübadiləsinin daha da genişləndirilməsi istiqamətində növbəti əhəmiyyətli tədbirlər həyata keçiriləcək. Nümayəndə heyətinin üzvlərinə İstanbul metropoliteninin müvafiq sertifikatları təqdim olunub.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR