“Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası bu dəfə Siyəzən rayonunda təşkil olunacaq. "Azəriqaz" İB-nin rəhbər şəxsləri rayonun Xətai küçəsində baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar. “Səyyar qəbul otağı” oktyabrın 28-də saat 11:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək. "Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.