AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“AZƏRİQAZ” İB-DƏ NÖVBƏTİ DƏFƏ “AÇIQ QAPI” AKSİYASI KEÇİRİLİB

  • + A
  • - A
  • 29-10-2021, 15:57


    Kütləvi İnformasiya Vasitələri nümayəndələri ilə əlaqələrin daha əlçatan, şəffaf və operativ qurulması istiqamətində “Azəriqaz” İstehsalat Birliyinin ötən həftədən etibarən başlatdığı “Açıq qapı” aksiyası davam edir. Bu məqsədlə Birliyin baş direktoru Ruslan Əliyev növbəti dəfə media nümayəndələri ilə görüş keçirib. “Azəriqaz” İB-nin inzibati binasında təşkil olunan aksiyada baş direktor KİV nümayəndələrinin qaz təchizatı ilə bağlı suallarını cavablandırıb. Həmçinin Ruslan Əliyev sosial şəbəkə üzərindən vətəndaşlar tərəfindən ünvanlanan sualları da cavablandırıb, daxil olan müraciətlərin araşdırılaraq həll olunmasına dair aidiyyatı üzrə tapşırıq verib. “Azəriqaz” İB media nümayəndələrini bu aksiyada iştirak etməyə, yaranan sualları birbaşa olaraq Birliyin baş direktoruna ünvanlamağa çağırır.
    Qeyd edək ki, “Açıq qapı” aksiyası hər həftənin 5-ci günü saat 10:00-dan 12:00-a qədər təşkil olunur. Aksiyada KİV nümayəndələrinin iştirakı könüllüdür.







    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR