“Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası davam edir. Qurumdan Azadmedia.az-a verilən məlumata görə bu dəfə “Səyyar qəbul otağ”ı Xaçmaz rayonu, Maqsudkənd kəndində təşkil olunacaq. Noyabrın 2-də saat 11:00-dan 13:00-a qədər sakinlərin problem və təklifləri fərdi olaraq dinləniləcək. Vətəndaşlar “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.