“Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası bu dəfə Yevlax rayonunda təşkil olunacaq.
Azadmedia.az xəbər verir ki, "Azəriqaz" İB-nin rəhbər şəxsləri Yevlax rayonu, Heydər Əliyev prospektində (Yevlax Rayon İcra Hakimiyyətinin yanı) baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar.
“Səyyar qəbul otağı” noyabrın 25-də saat 11:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.
"Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.