Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospektində (“Bağırov” körpüsünün alt hissəsində mərkəz istiqamətində, yan yolda) və Nəsimi rayonu, Rəşid Məmmədov küçəsində (Xutor körpüsündən düşəndə) təmir işləri icra olunub.
Təmir işləri zamanı deformasiyaya uğramış örtüyünün üst qatı qaşınaraq kənarlaşdırılıb, əvəzinə yeni asfalt-beton örtüyü döşənib.
“Bağırov” körpüsünün alt hissəsində mərkəz istiqamətində 430 m uzunluğunda və 3300 kv.m sahədə, Xutor körpüsündən düşəndə isə 120 m uzunluğunda və 2175 kv.m sahədə təmir işləri aparılıb.
Təmir işləri hərəkət intensizvliyi nəzərə alınaraq qeyri-iş günləri (şənbə və bazar) yerinə yetirilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.