AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakı şəhəri, Xətai rayonunda daha 2 küçə əsaslı şəkildə təmir olunub

  • + A
  • - A
  • 29-07-2021, 14:24


    Dövlət başçısının tapşırığına əsasən vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində 2021-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Xətai rayonu üzrə təmirə ehtiyacı olan ümumi uzunluğu 14.2 km təşkil edən küçə və yolda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təmir-tikinti işləri davam etdirilir.
    Bu çərçivədə rayon üzrə təmir-tikinti işləri rayonun yol infrastrukturu baxımından ən işlək küçələrindən hesab olunan, keçdiyi ərazidə mühüm əhəmiyyətə malik Nəsrəddin Tusi və Əliağa Şıxlinski küçələrində aparılıb.
    Uzunluğu 2.8 km təşkil edən Nəsrəddin Tusi küçəsi və Əliağa Şıxlinski küçəsinin 1.8 km-lik hissəsi uzun müddət təmir olunmadan istismar olunurdu. Bu üzdən hərəkətin rahatlığını və təhlükəsizliyini təmin etmirdi. Aparılan yenidənqurma işləri çərçivəsində küçələr boyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu və yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub.
    Ümumiyyətlə Prezident İlham Əliyevin sərəncam və tapşırıqları əsasında agentlik tərəfindən Xətai rayonu ərazisində 2019-2020-ci illər ərzində ümumi uzunluğu 41.5 km uzunluğunda olan 32 adda küçə və yolda təmir-tikinti işləri görülüb.




    Təmir zamanı küçə boyu zəruri olan yerlərdə piyada səkiləri bərpa olunub, səkilərin hərəkət hissəsi asfaltlanıb, təmir işlərinin aparıldığı ərazidə köhnə səki daşları yenisi ilə əvəz edilib.



    Bu işlərə paralel olaraq küçə boyu səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi də bərpa olunaraq işlək vəziyyətə gətirilib, yeraltı kommunikasiya xətlərinə yeni baxış qapaqları qoyulub.
    Sonuncu mərhələdə isə hər iki küçə boyu avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılıb.
    Görülən təmir işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında aparılıb.
    Cari ildə “İnvestisiya Proqramı”na uyğun olaraq Xətai rayonu üzrə daha öncə təmirə ehtiyacı olan 2.1 km uzunluğa malik Kazımağa Kərimov və 2.8 km-lik Abbas Fətullayev küçələrində, həmçinin 0.7 km-lik Zavod küçəsi üzrə yollarda da anoloji təmir işləri icra olunub. 4 km uzunluğa malik Admiral Naximov küçəsinin yan yollarında isə təmir işlərinin aparılması nəzərdə tutulur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR