Şimal Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları xeyli miqdarda siqaretlərin qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsindən Azadmedia.az-a verilən xəbərə görə, İdarənin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında, Rusiya Federasiyası istiqamətindən gələn, Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “DAF” markalı yük nəqliyyat vasitəsi “Samur” gömrük postunun idxal gömrük nəzarəti xəttində saxlanılıb və stasionar rentgen qurğusundan keçirilib.
Şübhəli təsvirlərin müşahidə olunduğu avtomobilin yoxlanılması zamanı yük yerində mal-müşayiət sənədlərində qeyd olunmayan 149 800 ədəd müxtəlif markalı siqaretlər aşkarlanıb.