AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Gömrükçülər tütün və tibbi məmulatları müsadirə edib - FOTO

  • + A
  • - A
  • 22-09-2020, 22:05


    Dövlət Gömrük Komitəsinin (DGK) Şimal Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları ölkə ərazisinə xeyli miqdarda tütün və tibbi məmulatların qanunsuz yolla gətirilməsi cəhdinin qarşısını alıblar.

    Bu barədə DGK məlumat yayıb.

    İdarənin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında, “Samur” gömrük postuna Rusiya Federasiyasından daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “MAN” markalı yük avtomobili saxlanılıb.

    Baxış zamanı həmin avtomobilin kabinəsində cihazlar panelinin alt hissəsində olan boşluqda gömrük nəzarətindən gizlədilmiş, sürücü oturacağının üst hissəsində olan çəkməcədə və avtomobilin qoşqusunda əşyalar qoymaq üçün nəzərdə tutulmuş sandıqda gömrük nəzarətinə bəyan olunmayan 800 ədəd xarici markalı siqaret, 80 ədəd papiros, 20 ampul və 90 həb müxtəlif adda dərman preparatları, 30 ədəd kosmetik vasitələr, 2 773 ədəd stomatoloji məhsullar, 20 960 ədəd tibbi ləvazimatlar, 162 ədəd metal qıfıl aşkar edilib.

    Faktla bağlı araşdırma aparılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR