AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ədliyyə fəaliyyəti dövlət başçısının tapşırıqlarına uyğun təkmilləşir

  • + A
  • - A
  • 30-12-2021, 20:01


    Dekabrın 30-da ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilən kollegiya iclasında ədliyyə orqanları tərəfindən 2021-ci ildə görülmüş işlərə yekun vurulub, qarşıda duran vəzifələr müzakirə olunub.
    Çıxış edən nazir ölkə Prezidenti cənab İlham Əliyevin müstəqil və uzaqgörən siyasəti ilə son 18 ildə Azərbaycanın dünyada sürətlə inkişaf edən ən islahatçı dövlətə çevrildiyini, ölkəmizin siyasi, iqtisadi, hərbi qüdrətinin artdığını, xalqımızın dəmir yumruq kimi sıx birləşdiyini qeyd edərək Vətən müharibəsində parlaq qələbəmizin təmin edildiyini vurğulayıb.
    2021-ci ildə Böyük Qələbənin ilk ildönümünün qalib xalq kimi yüksək qürur hissi ilə qeyd edildiyi, işğaldan azad edilmiş doğma torpaqlarımızın dövlət başçısının rəhbərliyi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə nəhəng bərpa-quruculuq işləri aparılmaqla göz önündə dirçəldiyi bildirilib.
    Dövlət başçısının təşəbbüsü ilə noyabrın 5-də Zəfər Günü münasibətilə amnistiya qərarının qəbulu ölkə Prezidentinin humanizm siyasətinin növbəti təzahürü olmaqla minlərlə ailəyə böyük sevinc hissi bəxş etdiyi vurğulanıb, ədliyyə orqanları tərəfindən bu humanist aktın təxirəsalınmadan, mütəşəkkil qaydada icrası üzrə görülən tədbirlər qeyd olunub.
    Bildirilib ki, ötən müddətdə amnistiyanın təsiri altına düşən məhkumlardan artıq 2600-dan çoxu penitensiar müəssisələrdən azadlığa buraxılıb və 950-dək şəxsin cəza müddəti azaldılıb, probasiya xidmət üzrə isə 4600-dən çox şəxs müxtəlif cəzalardan azad edilib, 182 şəxsin isə cəzası azaldılıb. Hazırda amnistiya qərarının icrası davam edir.
    İclasda ölkə Prezidentinin rəhbərliyi ilə respublikamızın hərtərəfli inkişafına uyğun olaraq ədliyyə və məhkəmə sistemində islahatların davam etdirildiyi, 2021-ci ildə üç yeni yüksək texnoloji məhkəmə bina və komplekslərinin istifadəyə verildiyi diqqətə çatdırılıb.
    Həmçinin, Açıq Hökumətin təşviqinə dair Milli Fəaliyyət Planının, "Azərbaycan ədliyyəsinin inkişafına dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"nın icrası ilə bağı görülən tədbirlər qeyd edilərək, bu mühüm sənədlərin vaxtında və mütəşəkkil icrasının vacibliyi vurğulanıb.
    Kollegiyada ədliyyə fəaliyyətinin əsas istiqamətləri üzrə cari ildə görülmüş işlər təhlil edilərək məlumat verilib ki, qanunyaradıcı fəaliyyətdə aktiv iştirak edən nazirlik tərəfindən iqtisadi, sosial və digər aktual məsələlərlə bağlı ötən illə müqayisədə 35% çox – 2.400-ə yaxın hüquqi akt layihəsi hazırlanıb, 3.400-dən çox akt ekspertizadan keçirilib.
    Vətəndaş məmnunluğunun təmin olunması məqsədilə ictimaiyyət üçün daim açıq saxlanılan və mütəmadi yenilənən milli qanunvericiliyin vahid elektron resursuna (e-qanun.az) daxilolmaların sayı 2,8 milyonu ötüb ki, bu da ötən illə müqayisədə 25% çoxdur.
    Ölkə iqtisadiyyatının inkişafı və mülki dövriyyənin artması nəticəsində notariat hərəkətlərinin sayı çoxalaraq 4.3 milyonu ötüb. Həmçinin 111 mindən çox doğum qeydə alınıb, habelə nikahların sayı xeyli artaraq 55 mini keçib.
    Kollegiyada nazirliyin beynəlxalq hüquqi əməkdaşlığına toxunularaq bir sıra mötəbər beynəlxalq forumlarda iştirak edildiyi, ədliyyə sahəsində ikitərəfli əlaqələrin genişləndirilməsi çərçivəsində Estoniya ilə əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalandığı və sənədin ölkə Prezidentinin 20.12.2021-cil tarixli Fərmanı ilə təsdiq edildiyi diqqətə çatdırılaraq Memorandumun səmərəli implementasiyası ilə bağlı tapşırıqlar verilib.
    Eyni zamanda, qarşıda duran vəzifələr müzakirə olunaraq, ədliyyə fəaliyyətinin dövlət başçısının yüksək tələbləri səviyyəsində qurulması, yol verilən xarakterik nöqsanların səbəb və şəraitinin aradan qaldırılması, vətəndaşlara layiqli xidmətlər göstərməklə məmnunluğun təmin edilməsi, şəffaflığın artırılması, ictimai iştirakçılığın səmərəli tətbiqi ilə bağlı tapşırıqlar verilib, növbəti ildə prioritet istiqamətlər üzrə görüləsi konkret tədbirlər müəyyən edilib.
    Sonda ədliyyə fəaliyyətini tənzimləyən bəzi normativ sənəd layihələri təsdiq edilib, bir sıra qeyri-kommersiya hüquqi şəxslər dövlət qeydiyyatına alınıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR