AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ÖTƏN GÜN HAVANIN KƏSKİN DƏYİŞMƏSİ SƏBƏBİNDƏN QAZ İSTEHLAKI SON AYLARLA NİSBƏTDƏ MAKSİMAL HƏDDƏ ÇATIB

  • + A
  • - A
  • 21-01-2022, 15:48

    ÖTƏN GÜN HAVANIN KƏSKİN DƏYİŞMƏSİ SƏBƏBİNDƏN QAZ İSTEHLAKI SON AYLARLA NİSBƏTDƏ MAKSİMAL HƏDDƏ ÇATIB

    "Ötən gün Azərbaycanda təbii qazın istehlak həcmi əvvəlki günə nisbətən 2,696 milyon kubmetr çox olub. Yanvarın 20-si ən çox qaz istehlak edilən gün olub". Bunu "Azəriqaz" İstehsalat Birliyinin Rejimlərə nəzarət və mərkəzi dispetçer şöbəsinin rəisi Rasim Əhmədov KİV nümayəndələri ilə keçirilən növbəti “Açıq qapı” aksiyası zamanı bildirib. Onun sözlərinə görə, gün ərzində 42,269 milyon kubmetr qaz istehlak edilib. Bunun 24,961 milyon kubmetri Bakı və Abşeronun, qalan 17,308 milyon kubmetri isə bölgələrin payına düşüb. Birliyin 104 Operativ xidmət şöbəsinin rəisi Xalidə Şimşək ölkə üzrə təbii qaz limitinin yenilənməsi prosesi ilə bağlı son statistik göstəriciləri media nümayəndələrinin diqqətinə çatdıraraq bu işlərin tamamilə yekunlaşdığını bildirib. Hüquq Departamentinin rəisi Vüqar Eyvazov isə media nümayəndələrinin hansı halda “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşlarının abonentin evinə yaxınlaşmasına icazə verilməsilə bağlı olan sualını cavablandırıb. Departament rəisi abonentlərə səslənərək Birliyin məsuliyyət həddinin qanunvericiliyə əsasən sayğaca qədər olduğunu, lakin sayğacdan sonra istehlakçının özünün hər hansısa bir xidmətlə bağlı dəvəti olarsa, əməkdaşlarımızın fərdi yaşayış evinə və ya mənzilə daxil olmasının mümkün olduğunu bildirib. Yəni, mövcud qanunvericiliyə görə vətəndaşın icazəsi olmadan Birlik əməkdaşı evə daxil ola bilməz. Hər həftə təşkil olunan “Açıq qapı” aksiyası Birliyin “Facebook” səhifəsində canlı yayımlanır. Bu da KİV nümayəndələri ilə bərabər adi vətəndaşlara da onları maraqlandıran suallara cavab tapmasına köməklik edir. Birliyin Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov canlı yayım zamanı vətəndaşlar tərəfindən yaşayış məntəqələrinin və yeni yaşayış massivlərinin qazlaşdırılması ilə bağlı ünvanlanan suallara aydınlıq gətirib. Şöbə rəisinin sözlərinə görə, 2022-ci ilin qazlaşma proqramına əsasən 110-a yaxın yaşayış məntəqəsinin və yeni yaşayış massivinin qazlaşdırılması nəzərdə tutulub.








    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR