AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“AZƏRİQAZ” İB-DƏ 2021-Cİ İLDƏ ƏMƏYİN VƏ ƏTRAF MÜHİTİN MÜHAFİZƏSİ ÜZRƏ GÖRÜLMÜŞ İŞLƏRƏ DAİR MÜŞAVİRƏ KEÇİRİLİB

  • + A
  • - A
  • 3-02-2022, 16:54

    “AZƏRİQAZ” İB-DƏ 2021-Cİ İLDƏ ƏMƏYİN VƏ ƏTRAF MÜHİTİN MÜHAFİZƏSİ ÜZRƏ GÖRÜLMÜŞ İŞLƏRƏ DAİR MÜŞAVİRƏ KEÇİRİLİB

    Fevralın 1-də “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyevin rəhbərliyi, baş direktorun müavinləri, SOCAR-ın SƏTƏMM Departamentinin rəisi Orxan Məmmədov, SOCAR-ın vitse prezidentinin müşaviri Namiq Abbasov və Birliyin tabeli təşkilatlarının rəhbərlərinin iştiraki ilə SƏTƏMM sahəsi üzrə 2021-ci ildə İstehsalat Birliyində görülən işlərin yekunlarına dair onlayn müşavirə keçirilib. Birliyin baş direktoru R.Əliyev müşavirəni giriş sözü ilə açaraq SƏTƏMM sahəsinin istehsalatda ən önəmli sahə olduğunu, işçilərin sağlamlığının qorunması, təhlükəsiz iş mühitinin yaradılmasının əsas vəzifə olduğunu bildirib.
    Baş direktorun əməyin mühafizəsi üzrə müavini Ceyhun Şıxəliyev 2021-ci ilin yekunlarına dair hesabatı təqdim edərək, görülmüş işlər və əldə olunmuş nailiyyətlər barəsində müşavirə iştirakçılarına əhatəli məlumat verib. O, çıxışında bildirib ki, qarşıya qoyulmuş tapşırıqların icrası zamanı qayda və normaların tələbləri əsasında işlər icra edilib, işçilər xüsusi geyim, fərdi mühafizə vasitələri tam təmin edilib, əmək şəraitinin yaxşılaşdırılması məqsədilə təmirə ehtiyac olan istehsalat binaları təmir olunub və görülmüş işlərin nəticəsi olaraq 2021-ci ildə, həmçinin son illərdə istehsalatda ölümlə nəticələnən bədbəxt hadisə baş verməyib. Həmçinin baş direktorun müavini 2022-ci il ərzində qarşıya qoyulan hədəflərə çatmaq üçün istehsalatda əməyin və ətraf mühitin mühafizəsinin daima nəzarətdə saxlanacağını, maarifləndirmə və təlimatlandırma işlərinin davamlı təşkil olunacağını, fəhlə və mühəndis-texniki işçilərin əməyin mühafizəsi üzrə kurslara və seminarlara cəlb edilməsinin mütəmadi təşkil olunacağını bildirib.
    Birliyin tabeli təşkilatlarının rəhbərləri hesabat verərək ötən il ərzində sahə üzrə görülmüş işləri diqqətə çatdırıblar. Cari ildə qarşıya qoyulmuş tapşırıqların təhlükəsiz və qəzasız yerinə yetirilməsi üçün planlar haqqında məlumat veriblər.
    Müşavirədə SOCAR-ın sahə üzrə mütəxəssisləri çıxış edərək fikir və tövsiyələrini, əməyin və ətraf mühitin mühafizəsinin SOCAR-ın rəhbərliyinin daima diqqətində olduğunu bildiriblər.
    Müşavirənin sonunda İstehsalat Birliyinin baş direktoru R.Əliyev və SOCAR-ın nümayəndələri tərəfindən 2021-ci ildə əməyin və ətraf mühitin mühafizəsi üzrə görülən işlər müsbət qiymətləndirilib və gələcək illərdə qəzasız iş saatlarının əldə olunması üçün lazımi tapşırıqlar verilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR