AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“AZƏRİQAZ” İB 5-Cİ YERİ TUTDU

  • + A
  • - A
  • 2-06-2021, 19:07

    [/center]
    “Brand Award Azerbaijan” milli müsabiqəsində “Azəriqaz” İstehsalat Birliyi 5-ci yeri tutub. Caspian Energy Club-ın təşkil etdiyi müsabiqədə 50 ən tanınan brend müəyyən olunub. “Azəriqaz” İB müsabiqədə iştirak edən 200 milli korporativ, xidmət və məhsul brendi sırasında ilk beşlikdə qərarlaşıb.


    Müsabiqənin nəticələri onlayn formatda keçirilən görüşdə elan olunub. Tədbirə “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev və baş direktorun əməyin mühafizəsi üzrə müavini Ceyhun Şıxəliyev qatılıb. Birliyin baş direktoru Ruslan Əliyev “Brand Award Azerbaijan” milli müsabiqəsində “Azəriqaz” İB-yə səs verən hər bir kəsə minnətdarlığını bildirərək qalib olan təşkilatları təbrik edib. Bundan başqa o, müsabiqənin təşkilinə görə Caspian Energy Club-ın rəhbərliyinə öz minnətdarlığını bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR