Paytaxtın Nərimanov rayonunda yerləşən Nəşvə Restoranının 5753 manat debitor borcunun olması, restoran sahibi tərəfindən bu borcun ödənilməməsi səbəbindən restoranın qaz təchizatı dayandırılıb. 2 gün sonra Birlik əməkdaşları sözü gedən ünvana yenidən baxış keçirən zaman abonentin özbaşına şəkildə dəmir ötürücü quraşdırmaqla təbii qazdan qeyri-qanuni halda istifadə etdiyi məlum olub. Birlik əməkdaşları restoranın mətbəxinə baxış keçirmək istəyən zaman onları bir qədər gözlədərək sonradan içəri buraxıblar. Onlar qaz balonundan istifadə etdiklərini iddia ediblər. Lakin mətbəxə baxış keçirəndən sonra təkrar qoşulma yerinə baxdıqda dəmirötürücünün abonent tərəfindən açılaraq götürüldüyü aşkar edilib. "Azəriqaz" İstehsalat Birliyi bir daha vətəndaşları qaz təchizatına müdaxilə hallarından uzaq durmağa çağırır. Bundan əlavə bildiririk ki, Birlik əməkdaşlarına xidməti vəzifələrini yerinə yetirməyə maneçilik törədən, onlara zor tətbiq edən şəxslər barədə qanuna müvafiq olaraq tədbirlər görüləcək. Daha ətraflı video materialdan izləyə bilərsiz: