“Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır. Birlik rəhbərliyinin “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla növbəti görüşü Bakı şəhərinin Abşeron rayonunda təşkil olunacaq. "Azəriqaz" İB-dən
Azadmedia.az-a verilən məlumata görə Birliyin rəhbər şəxsləri Abşeron rayonu, Novxanı qəsəbəsi, Novxanı stansiyasının yanında baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar. “Səyyar qəbul otağı” fevralın 23-də saat 11:00-dən 13:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.